Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paris meriyası rəhbər vəzifələrə daha çox qadın təyin etdiyinə görə cərimələnib

Paris meriyası rəhbər vəzifələrə daha çox qadın təyin etdiyinə görə cərimələnib

Tarix: 16 Dekabr 2020 21:30

Paris meriyası rəhbər vəzifələrə kişilərdən təxminən iki dəfə çox qadın təyin etdiyinə görə 90 min avro həcmində cərimə ödəməlidir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Fransa paytaxtının meri Ann İdalqo bildirib. Onun sözlərinə görə, 2018-ci ildə Paris administrasiyasında rəhbər vəzifələrə 11 qadın və cəmi 5 kişi təyin edilib. Yəni təyin olunan şəxslərin 69 faizi qadınlar olub.

Ann İdalqo köməkçiləri, idarə rəisləri və rəhbər vəzifədə çalışan digər qadınlarla birgə 90 min avroluq çeki Dövlət Xidməti Nazirliyinə aparacağını deyib. Buraya 2018-ci ildə yeni vəzifələrə təyin edilən idarə rəisləri və onların köməkçiləri daxildir.

Qeyd edək ki, meriyanın cərimələnməsi Fransa hakimiyyət orqanlarının 2013-cü ildə qəbul etdiyi qərarın pozulması ilə bağlıdır. Həmin qərara əsasən, eyni cinsin nümayəndələri rəhbər vəzifələrin 60 faizindən çoxunu tuta bilməz.


Etiketlər:  Paris meriyası rəhbər vəzifələrə daha çox qadın təyin etdiyinə görə cərimələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ