Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Model Ronaldu və Messini geridə qoydu

Model Ronaldu və Messini geridə qoydu

Tarix: 17 Dekabr 2020 15:10

2020-ci ilin ən yüksək ödənişli məşhurlarının siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Forbes" nəşrinin cədvəlində "Top-5"də üç idmançı yer alıb.

106,3 milyon dollar qazanan tennisçi Rocer Federer siyahıda 3-cüdür. İtaliya "Yuventus"unun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu ondan cəmi 1,3 milyon az əldə edərək 4-cü pillədə qərarlaşıb. İlk "beşliy"i İspaniya "Barselona"sının argentinalı ulduzu Lionel Messi qapayır - 104 milyon.

Daha iki idmançı ilk "onluq"da yer alıb. Fransa PSJ-sinin braziliyalı forvardı Neymar 95,5 milyonla 7-ci, "Los Anceles Leykers"in basketbolçusu Lebron Ceyms 88,2 milyonla 9-cudur.

Qeyd edək ki, ilin yekunlarına əsasən ilk pillədə model Kayli Cenner yar alıb. O, 590 milyon qazanc əldə edib. Reper Kanye Uest 170 milyonla ikinci olub.

Milli.Az


Etiketlər:  Model Ronaldu Messini geridə qoydu


RƏYLƏR