Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanı bəlaya salan şəhərdə şok qərar - FOTO

Dünyanı bəlaya salan şəhərdə şok qərar - FOTO

Tarix: 17 Dekabr 2020 15:48

Yeni il öncəsi bütün dünyada koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirildiyi halda, pandemiyanın beşiyi olan Uhan şəhərində sakinlərdən hətta maska taxmaq məcburiyyəti götürülüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, buna baxmayaraq, sakinlərin əksəriyyəti fərdi qoruyucu vasitədən istifadəyə davam edirlər.

Qeyd edək ki, Uhan COVID-19 virusunun ilk aşkar olunduğu şəhərdir. O, bir neçə ay müddətinə tamamilə təcrid olundu: bütün müəssisələr bağlandı, insanlar evlərində "həbs olundu".

İndi isə şəhər normal həyatına qayıdıb. Məktəblər və universitetlər açılıb, mağazalar adi rejimdə işləyir, insanlar isə evdən çıxa, bazara gedə, gecə həyatından həzz ala və kütləvi tədbirlərə qatıla bilirlər.

Milli.Az


Etiketlər:  Dünyanı bəlaya salan şəhərdə şok qərar FOTO


RƏYLƏR