Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 17:04
Almaniya kansleri Angela Merkel koronavirus peyvəndini ixtira edən alman "BioTech firmasının qurucuları Uğur Şahin və Özlem Türeci ilə görüşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Merkel baş tutan onlayn müzakirədə əslən Türkiyədən olan həkimlərlə qürur duyduğunu qeyd edib.
"Sizinlə fəxr edirik. Bunu hökumətimiz adından deyə bilərəm",- Merkel qeyd edib.
O, Uğur Şahin və Özlem Türecinin tapdıqları peyvəndin insan həyatı üçün əhəmiyyətinə diqqət çəkib və "COVID-19" səbəbiylə yüksək ölümlərin bu vaksin sayəsində azalacağına ümid etdiyini bildirib.
Kansler Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20 toplantısında həkimlərin türk olmaları haqqında danışdığını, buna xoşbəxt olduğunu söyləyib.