Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tunisdə ordu nümayişçiləri qarşı silahdan istifadə etdi

Tunisdə ordu nümayişçiləri qarşı silahdan istifadə etdi

Tarix: 18 Dekabr 2020 03:56

Bakı. Trend:

Tunis milli ordusunun bölmələri etirazçıların Kasserin əyalətindəki TransTunis boru kəməri xidmət şirkətinin ofisini ələ keçirməsinin qarşısını almaq üçün atıcı silahlardan istifadə etmək məcburiyyətində qalıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Business news" xəbər verib.

Bildirilir ki, ölkədə pisləşən iqtisadi vəziyyətə qarşı etirazçılar və yerli hakimiyyət nümayəndələri arasında aparılan danışıqların uğursuzluğundan sonra bölgədə yeni gərginlik yaranıb.

Nümayişçilər yanan təkərlərlə yolları bağlayiblar və ərazini qorumaq üçün növbətçi hərbi qulluqçulara qarşı daş və molotof kokteyllərindən istifadə edərək qaz şirkətinin ofisinə basqın ediblər. Təcavüzkar izdihamı sakitləşdirmək və dağıtmaq üçün hərbçilər havaya xəbərdarlıq atəşi açmalı oldular.

Toqquşmalar nəticəsində iki hərbçi yaralanıb.


Etiketlər:  Tunisdə ordu nümayişçiləri qarşı silahdan istifadə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ