Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Estoniya əhalisinin koronavirus əleyhinə vaksinasiya olunması cədvəli təsdiqlənib

Estoniya əhalisinin koronavirus əleyhinə vaksinasiya olunması cədvəli təsdiqlənib

Tarix: 18 Dekabr 2020 07:08

Estoniyada koronavirus əleyhinə peyvənd olunmaq istəyənlər gələn ilin ilk yarısında bu imkanı əldə edə biləcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Estoniyanın Sosial İşlər Nazirliyi yayıb.

Bildirilib ki, COVID-19 əleyhinə təsdiqlənmiş vaksinasiya planına əsasən hazırda risk qrupuna aid edilən insanların sayı 315 min nəfər təşkil edir.

Nazirlikdən verilən məlumata görə, yeni ilin ilk aylarında tibb və qayğı müəssisələrində çalışanların eləcə də qayğı evlərinin sakinlərinin vaksinasiyasını həyata keçirmək mümkün olacaq.

"Həmçinin yaşı 70-dən yuxarı olan vətəndaşlar və müəyyən diaqnoz qoyulmuş şəxslərə vaksin vurdurmaq təklif ediləcək", − deyə nazirliyin məlumatında qeyd edilir.

Məlumat verilir ki, vaksinlər portfeli Estoniyaya yanvar ayından etibarən risk qrupuna daxil olan şəxslərin vaksinasiyasının başlanılmasına imkan verdiyindən nazirlik ilin ikinci rübündə arzusunda olan hər kəsə vaksinasiya imkanı təklif etməyi real hesab edir.

Milli.Az


Etiketlər:  Estoniya əhalisinin koronavirus əleyhinə vaksinasiya olunması cədvəli təsdiqlənib


RƏYLƏR