Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 09:30
Dekabrın 18-də Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sonxeber.net-a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə qeydə alınıb.
Zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.