Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaralı hərbçilərimizin müalicəsi nəzarət altındadır - VİDEO

Yaralı hərbçilərimizin müalicəsi nəzarət altındadır - VİDEO

Tarix: 18 Dekabr 2020 12:20

"Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların müalicəsi, tibbi təminatı və təchizatı nəzarət altındadır".

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov bildirib.

O deyib ki, hərbçilərimizin müalicəsi üçün hər cür şərait yaradılıb və tibb işçilərimiz bu istiqamətində səylə çalışırlar. İşğaldan azad edilmiş torpaqlarımızda da 2 səhra tibb hospitalı və bir neçə tibb məntəqəsi hərbi qulluqçularımıza fasiləsiz xidmət güstərir. Döyüşlər vaxtı məhz tibbi personalın sıralarından da şəhid və qazi olanlar var.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan qazilərimiz də onlara yaradılan şəraitdən və göstərilən tibbi xidmətlərdən razıdılar.

Qazilərimizin döyüş ruhu, mübarizə əzmi və torpaq sevgisinin şahidi olmaq isə olduqca qürurvericidir.

Qazilərimiz sağaldıqdan sonra da vətənə xidmət etməyə hazır olduqlarını bildiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Yaralı hərbçilərimizin müalicəsi nəzarət altındadır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ