Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid ailələri üzvlərindən artıq 1300-dək şəxsə pensiya, müavinət və təqaüd təyin olunub

Şəhid ailələri üzvlərindən artıq 1300-dək şəxsə pensiya, müavinət və təqaüd təyin olunub

Tarix: 18 Dekabr 2020 17:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən şəhid ailəsi üzvlərinə müvafiq sosial ödənişlərin təyinatı işləri davam etdirilir.

Nazirlikdən Milli.Az-a bildirilib ki, Fond 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən artıq 1300-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin - Prezidentin aylıq təqaüdünün, həmçinin pensiya və müavinətlərin təyinatını həyata keçirib.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.

Milli.Az


Etiketlər:  Şəhid ailələri üzvlərindən artıq 1300 dək şəxsə pensiya müavinət təqaüd təyin olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ