Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amerikalı ekspert: Aİ və ABŞ Ermənistanın təcavüzkar fəaliyyətini pisləməlidir

Amerikalı ekspert: Aİ və ABŞ Ermənistanın təcavüzkar fəaliyyətini pisləməlidir

Tarix: 12 Iyul 2019 07:00

Bakı. Ləman Zeynalova - Trend:

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı dərhal dayandırılmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys Azernews-a müsahibəsində deyib.

Ekspert qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağda silahlı münaqişənin həlli istiqamətində çox ehtiyatlı, praqmatik və ardıcıldır: "Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir. Tarixi mənbələr və arxeoloji tapıntılar onu göstərir ki, bu region Azərbaycan millətinin və iqtisadiyyatının ürəyi hesab olunur. Bu münaqişə bütün Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə təhlükəsizlik üçün ciddi fəsadlar törədə bilər".

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin təşviqi üçün zəruri olan addımlara gəldikdə isə P.Teys hesab edir ki, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalı və doğma yurdlarını tərk etmiş azərbaycanlı icmasının qayıtması üçün lazımi şərait yaradılmalıdır: “Bu iki şərt günahsız azərbaycanlıların qanının axmasına səbəb olmuş 30 illik silahlı münaqişənin sülh yolu ilə nizamlanmasını təmin edəcək”.

Ekspert xatırladıb ki, 2018-ci ilin sentyabrında Düşənbədə MDB sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü baş tutub: "Düşənbə razılaşmaSı son səkkiz ay ərzində Ermənistan qoşunlarının azərbaycanlı dinc sakinlərə və əsgərlərə qarşı silahlı təxribatları səbəbi ilə dəfələrlə pozulub. Avropa İttifaqı (Aİ) və ABŞ Azərbaycanın işğal olunmuş ərazilərində cəzasız hərəkət edən Ermənistan qoşunlarının təcavüzkar fəaliyyətini aktiv şəkildə pisləməlidir. Misli olmayan susqunluq Azərbaycanın dinc sakinlərinə və hərbi postlarına atılan erməni güllələri kimi bir bəladır”.


Etiketlər:  Amerikalı ekspert ABŞ Ermənistanın təcavüzkar fəaliyyətini pisləməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ