Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 08:40
Nigeriyanın Kankara şəhərində terrorçu qruplaşmalar tərəfindən internat-məktəbdən qaçırılan yüzlərlə oğlan sərbəst buraxılıb.
Bu barədə "The Guardian" xəbər yayır.
Əməliyyatın təfərrüatları açıqlanmayıb. Uşaqlar üçün tələb etdilən pulun ödənilib-ödənilməməsi də məlum deyil.
Buna baxmayaraq, 344 oğlan tezliklə evlərinə dönəcək. Hökumət hesab edir ki, bu, qaçırılan uşaqların əksəriyyəti və ya hamısıdır.
"Boko Haram" terror qruplaşması hadisəni öz üzərinə götürüb.
Xatırladaq ki, Nigeriyada 600 məktəblinin qaçırılması ilə bağlı xəbər yayılmışdı.