Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu əlamətlər D vitamini çatışmazlığından xəbər verir - Diqqət

Bu əlamətlər D vitamini çatışmazlığından xəbər verir - Diqqət

Tarix: 19 Dekabr 2020 17:33

Qış aylarının gəlişi bədənimiz üçün vacib olan D vitamininin qəbul edilməsinə çətinlik yaradır.

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, D vitamininin ən böyük mənbəyi günəş olmasına baxmayaraq, bu vitamini xaricdən əlavə olaraq qəbul etmək də mümkündür.

Yorğunluq, zəiflik, bədəndə ağrı, sümüklərdə ağrı, halsızlıq, immunitet sisteminin zəifləməsi, oynaq ağrısı, dəyişən əhval-ruhiyyə, yuxusuzluq, depressiya, stress, saç tökülməsi kimi əlamətlər D vitamininin çatışmazlığından xəbər verir.

D vitamini günəş şüası ilə yanaşı, qidalarla da qəbul edə bilərsiniz. Balıq (xüsusilə tuna), süd və süd məhsulları, yumurta, taxıl məhsulları, göbələk, qatıq, kefir, ölü gicitkən, yulaf, ciyər kimi qidalar D vitamini ilə zəngindir.

D vitamini çatışmazlığı müxtəlif xəstəliklərə səbəb oa bilər.
Uşaqlarda D vitamini çatışmazlığı zamanı raxit xəstəliyinə rast gəlinir. Qığırdaq toxumasının yetərincə minerallaşması sümük böyüməsinə imkan vermir. Bədəndə D vitamini çatışmazlığı bağırsaqdan kalsium emilimini azaldır. Bu səbəbdən inkişaf dövründə kalsium və fosfor minerallarının köməyi ilə meydana gəlməsi lazım olan qığırdaq toxuması bu çevrilməni reallaşdıra bilmədiyi üçün böyümə dayanır.

Eyni zamanda, D vitamin çatışmazılığı zamanı osteomalasiya xəstəliyi müşahidə olunur. Bu xəstəliyi yetkin yaşlı şəxslərdə görülən raxit xəstəliyi ilə müqayisə etək olar. Xəstəli sümük böyüməsi başa çatdıqdan sonra meydana gələn minerallaşma pozğunluqlarını ehtiva edir.

D vitamini əskikliyi zamanı sümük və bel ağrıları müşahidə olunur. D vitamini çatışmazlığı olan şəxslərdə sümüklərdə, xüsusən də ayaqlarda, qabırğalarda və oynaqlarda ağrı ehtimalı yüksəkdir.

D vitamini əskikliyi zamanı sümük əriməsi baş verir. Yaş artıqca, bədəndə sümük kütləsində azalma baş verir. Buna görə də yaşlı adamlara D vitamininin qəbul edilməsi tövsiyə olunur. D vitamininə Artan ehtiyac kifayət qədər ödənilmədikdə, sümük əriməsinə səbəb olur.

D vitamin əskikliyi saç tökülməsini də sürətləndirir. Bu hal vitamin və mineral çatışmazlığında ən çox görülən xəstəlikdir.

D vitamin çatışmazlığının depressiya hallarında müşahidə olunduğu deyilsə də, bunun heç bir elmi əsas yoxdur.

D vitamin çatışmadığı zaman bədəndə infeksiyalara qarşı həssaslıq yaranır. Əzələ ağrıları, sümük ağrıları, daxili problemlər və depresif əhval-ruhiyyə kimi simptomlar varsa, D vitamini çatışmazlığına diqqət yetirilməlidir. D vitamini bədəndə saxlanıla bilən və yağda həll olunan vitamindir. Mənbəyini günəş işığından alsa da, bədənə qidalarla da qəbul edilə bilər. D vitamini immunitet sistemini gücləndirməkdə və bədən müqavimətini artırmaqda mühüm rol oynayır.


Etiketlər:  əlamətlər vitamini çatışmazlığından xəbər verir Diqqət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ