Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 19:08
Çinin "Xiaomi" şirkəti kvant pikselli yeni "Mi QLED TV" televizor modelini təqdim edib. Qurğu "PatchWall" istifadəçi interfeysli "Android 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, televizor 3840 × 2160 piskel təsvir ölçülü "4К" formatlı 55 düym diaqonallı ekranla təchiz edilib. "NTSC" rəng məkanı təxminən 100 faiz, "DCI-P3" məkanı isə 95 faiz əhatə olunub.
Panelin çərçivəsi alüminiumdan ibarətdir. Ekran ön səthin 96 faizini əhatə edir, baxış bucağı 178 dərəcəyə bərabərdir. Həmçinin "Dolby Vision" və "HDR 10+" texnologiyaları dəstəklənir.
Yeni qurğuya "Mali G52 MP2" qrafik sürətləndiricisinə malik dördnüvəli "MediaTek MT9611" prosessoru quraşdırılıb. Operativ yaddaş tutumu 2 giqabayt, quraşdırılmış isə 32 giqabayt təşkil edir.
Televizor "Wi-Fi 802.11ac (2,4 / 5 giqahers) və "Bluetooth 5.0" simsiz rabitə adapterləri, üç "HDMI 2.1" portu, iki "USB" çıxışı, "S/PDIF" interfeysi, "Ethernet" şəbəkə portu, eləcə də ümumi gücü 30 vatta bərabər altı dinamikli "Dolby Audio/DTS-HD audiosistemi, səsli idarəetməyə malik "Mi Voice" məsafədən idarəetmə pultu ilə təchiz edilib.
"Mi QLED TV" televizorunun təxmini qiyməti 750 dollar təşkil edir.