Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə son sutkada koronavirusdan 25 516 nəfər sağalıb

Türkiyədə son sutkada koronavirusdan 25 516 nəfər sağalıb

Tarix: 19 Dekabr 2020 21:48

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 241 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 17 851 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 22 195 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 004 285 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 25 516 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 1 779 068 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə sutkada koronavirusdan nəfər sağalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ