Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 22:16
Bakı. Trend:
Londonda və İngiltərənin cənub-şərqində epidemiya vəziyyəti əvvəllər mövcud olmayan dördüncü səviyyəli məhdudiyyətlərin tətbiq edilməsini tələb edir.
Trend-in məlumatına görə, Böyük Britaniyanın Baş naziri Boris Consonun təcili mətbuat konfransında bildirib ki, koronavirusun yeni bir genetik variantının aşkarlanmasından sonra ölkədə COVID-19-un yayılma sürəti kəskin sürətləndi:
"Vəziyyətin ən çox təsir göstərdiyi bölgələrdə, xüsusilə üçüncü səviyyədə məhdudiyyətlərin hazırda qüvvədə olduğu Londonun bir sıra rayonlarında, və İngiltərənin cənub-şərq və şərq rayonlarında tətbiq olunacaq".
Baş nazir bildirib ki, həmin ərazilərdə yeni - dördüncü səviyyəli məhdudiyyətlər tətbiq olunacaq.