Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 10:02
Kosmosda Yupiter və Saturnun böyük birləşməsi 21 dekabr axşamı müşahidə edilə bilər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə astronom Aleksandr Yakuşeçkin məlumat verib.
Rusiyada bu astronomik hadisə ən yaxşı cənub bölgələrində müşahidə ediləcək.
Astronomun sözlərinə görə, 21 dekabr 2020-ci ildə yer üzündə yaşayan insanlar Yupiter və Saturnun birləşməsi deyilən çox möhtəşəm bir hadisəni izləyə bilər.
Aleksandr Yakuşeçkin onu da bildirib ki, astronomiyada planetlərin birləşməsi müşahidəçi üçün səma sferasında vizual yaxınlaşma anıdır, planetlər arasında isə böyük bir məsafə ola bilər.