Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Salah "Liverpul"dan gedir?

Salah

Tarix: 20 Dekabr 2020 22:50

"Liverpul"un ulduzu Məhəmməd Salah klubdan ayrılacağı ilə bağlı xəbərlərə cavab verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, misirli futbolçu açıqlamasında bildirib:

""Real Madrid" və "Barselona" dünyanın ən yaxşı klublarıdır və gələcəkdə nə olacağını bilə bilmərəm. Hələlik belə fikrim yoxdur. Sadəcə "Liverpul"la birlikdə Premyer Liqa və Çempionlar Liqasını qazanmağı düşünürəm".

Qeyd edək ki, 28 yaşlı oyunçu bu mövsüm 21 rəsmi matçda 16 qol və 4 məhsuldar ötürməyə imza atıb.

Milli.Az


Etiketlər:  Salah Liverpuldan gedir


RƏYLƏR