Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 04:44
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 75 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 75 xəstə dünyasını dəyişib".
Ümumilikdə pandemiyanın başlayandan Rusiyanın paytaxtında virusa 735 900 nəfər yoluxub, 567 min nəfər xəstəlikdən sağalıb, koronavirus təsdiqlənən 10 469 nəfər ölüb.