Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 12:24
Bakı. Samir Əli - Trend:
Gələn il Bakıya daha 355 yeni avtobus gətiriləcək.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, paytaxtın marşrut şəbəkəsi üçün yenilik hesab olunan BMC markalı Neocity 9 metrlik sərnişin avtobuslarının alınması sayəsində mümkün olacaq.
Avtobusların paytaxta çatdırılmasına növbəti aylardan başlanılacaq. Bakı Nəqliyyat Agentliyi ilə qardaş Türkiyə respublikasınını “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında imzalanan müqaviləyə əsasən 2021-ci ildə şəhərimizə ümumilikdə 205 ədədi 9, 150 ədəd isə 12 metr olan sərnişin avtobusları alınacaq.
Müqavilə Dekabrın 10-da Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə imzalanıb. Bundan dərhal sonra isə BMC markalı Neocity 9 metrlik avtobusa sınaq baxışı keçirilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib.