Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşa uğrunda bir ayaqsız 2 gün döyüşüb - Ad günündə şəhid olan Xüsusi Təyinatlı - FOTO

Şuşa uğrunda bir ayaqsız 2 gün döyüşüb - Ad günündə şəhid olan Xüsusi Təyinatlı - FOTO

Tarix: 21 Dekabr 2020 13:24

Qardaşım 1995-ci il noyabrın 8-də Neftçala rayonunda dünyaya göz açıb. Uşaq vaxtından hərbiyə böyük marağı olub. Hətta atam icazə vermirdi, atamın təkidinə baxmayaraq ağlaya-ağlaya hərbiyə getmişdi.

Bunu Sonxeber.net-a açıqlamasında şəhid zabitimiz Xəyyam Əzizovun qardaşı Rafael Əzizov deyib.

Şəhidin qardaşı bildirib ki, Xəyyam o qədər hündür, cüssəli idi ki, tabutuna yerləşmirdi:

"Evin kiçik oğlu idi. Ailədə 4 nəfər idik.

Ailədə sakit, qabiliyyətli, vətənpərvər bir övlad kimi böyümüşdü. Hər zaman qəhramanlıq janrlarında kinolara baxırdı. Xəyyam 8-ci sinifə qədər 3 orta məktəbdə təhsil alıb. 8-ci sinifdən sonra Naxçıvanski adına hərbi liseyə sənədlərini verdi. 213 bal toplayaraq Naxçıvanskiyə daxil olmuşdu. 2010-2013 illər aralığında orada təhsil aldi. 2013-cü ildə Heydər Əliyev adına Ali hərbi məktəbə daxil olmuşdu. 2013-2017-ci illər aralığında kəşfiyyat ixtisası üzrə təhsil almışdı. 2017-ci ildə oranı bitirərək Xüsusi Təyinatlı Qüvvələrdə leytinat vəzifəsində çalışmağa başlamışdır. İşinə çox istəyi və peşəkarlığı ilə seçilirdi. Müxtəlif paradlarda iştirak etmişdi. Türkiyədə təlimlərdə, Rusiyada paradda istirak etmişdi.

2020-ci ilin iyun ayında baş leytenant rütbəsini almışdı. 27 sentyabr döyüşlərinə Xəyyam da qatıldı. Füzulinin, Qubadlının, Cəbrayılın, Zəngilanın, Hadrutun alınmasında böyük sücaət göstərib. Döyüşlərin bitməsinə bir gün qalmış - 8 noyabrda, öz doğum günündə Şuşa şəhərində qəhrəmancasına şəhid olub. Yanında illərdən bəri dostluq etdiyi döyüş yoldaşı da şəhid oldu. Şuşada düşmənin atdığı minamyot yanlarına düşüb. Sağ ayağı topuğundan qopub. O vəziyyətdə 2 gün döyüşüb. Bilirsiniz, çox ağırdı. Özü ilə çox şey apardı. Onun şəhid olmasından bir neçə saat sonra müharibə bitdi əmri gəldi.

O qədər hündür idi ki, tabutuna yerləşmirdi. Elə bil yatmışdı, ölənə oxşamırdı. Utancaq idi. Bizlə ölümündən bir həftə əvvəl əlaqə saxladı. Həmişəki kimi dedi ki, "Hər şey yaxşıdır, narahat olmayın. Az qalıb, qələbə ilə qayıdacağıq".

Subay idi, arzuları o qədər idi ki..."

Təhməz Əsədov


Etiketlər:  Şuşa uğrunda ayaqsız gün döyüşüb günündə şəhid olan Xüsusi Təyinatlı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ