Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 13:58
2033-cü ilə qədər dövlət silahlanma proqramında əksini tapacaq əsas tendensiyalardan biri də hərbi münaqişələrdə pilotsuz vasitələrin istifadəsi olacaq.
Sonxeber.net xəbər verir ki, bu barədə RBK-ya Rusiyanın Baş nazirin müavini Yuri Borisov məlumat verib.
"Tendensiyalara gəlincə, pilotsuz vasitələrinin istifadəsi ilə baş verən hərbi qarşıdurmaların təbiətinin necə dəyişdiyinə baxın. Bu, artıq sabit bir tendensiyadır. Birincisi, bunlar kəşfiyyat vasitələridir, bu gün isə həm də zərbə silahlarıdır. Qarabağ onların necə işlədiyini göstərdi", - o deyib.
Aslan Məmmədov