Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 14:48
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 191 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, halbuki öncəki sutka ərzində İranda 177 nəfər koronavirusdan dünyasını dəyişmişdi.
Sadat Lari əlavə edib ki, bununla da İranda bu virusdan ölənlərin sayı 53 816 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 151 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 164 535 nəfərə çatıb. Virus daşıyıcılarından 5 519 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 894 366 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 7,09 milyondan çox diaqnoz testi həyata keçirilib.
Nazirlik rəsmisi İranda 205 rayonun narıncı və 243 rayonun sarı zona olduğunu deyib.