Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdaşda gizli fəaliyyət göstərən çayxana aşkar edilib

Ağdaşda gizli fəaliyyət göstərən çayxana aşkar edilib

Tarix: 21 Dekabr 2020 15:12

Bakı. Samir Əli - Trend:

Ağdaş şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində Tamerlan Allahverdiyevin qanunsuz olaraq çayxana işlətdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan on beş müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. İcarədar T.Allahverdiyev və müştərilər Polis Şöbəsinə dəvət olunub. Onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.


Etiketlər:  Ağdaşda gizli fəaliyyət göstərən çayxana aşkar edilib


RƏYLƏR