Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə son sutkada koronavirusdan 34 419 nəfər sağalıb

Türkiyədə son sutkada koronavirusdan 34 419 nəfər sağalıb

Tarix: 21 Dekabr 2020 23:16

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 254 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 18 351 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 19 103 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 043 704 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 34 419 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 1 834 705 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə sutkada koronavirusdan nəfər sağalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ