Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyçay və İsmayıllıda şəhid ailələri və müharibə iştirakçıları üçün təsərrüfatlar yaradılıb - FOTO

Göyçay və İsmayıllıda şəhid ailələri və müharibə iştirakçıları üçün təsərrüfatlar yaradılıb - FOTO

Tarix: 22 Dekabr 2020 13:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Göyçay və İsmayıllı rayonlarında da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibənin iştirakçıları üçün kiçik təsərrüfatlar yaradıldı.

Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, İsmayıllı rayonunda şəhid Əşrəf Məmmədovun atası Elman Məmmədov, şəhid Fuad Nəcəfovun həyat yoldaşı Rəmziyə Nəcəfova, şəhid Taleh Qənbərovun atası Abil Qənbərov, Vətən müharibəsində yaralanmış Baloğlan Bəşirov, Kamil Salmanov və Elnur Qasımov növbədənkənar özünüməşğulluq proqramına cəlb olunaraq mal və materiallar formasında aktivlərlə təmin edildilər.

Göyçay rayonunda isə şəhid Rüfət Mayılovun atası Bəhram Mayilov, şəhid Qüdrət Əzizovun atası Bəhruz Əzizov, şəhid Pərvin Məmmədovun həyat yoldaşı Urfanə Məmmədova, şəhid Ülvi Ağayevin atası Valeh Ağayev, şəhid Kənan Qafarovun atası Siyaqif Qafarov, Vətən müharibəsində yaralanan Rüstəm Məmmədovun anası Səxavət Məmmədova da aktivlərlə təmin olunublar.

Verilmiş aktivlər hesabına onların kiçik təsərrüfatları qurulub.


Etiketlər:  Göyçay İsmayıllıda şəhid ailələri müharibə iştirakçıları üçün təsərrüfatlar yaradılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ