Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada COVID-19-a yoluxanların sayı son iki ayda iki dəfədən çox artıb

Yaponiyada COVID-19-a yoluxanların sayı son iki ayda iki dəfədən çox artıb

Tarix: 23 Dekabr 2020 06:34

Dekabrın 21-də Yaponiyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 200 mini ötüb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həmin günün sonuna daxil olan məlumatlara əsasən ölkə üzrə 1086 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, Yaponiya üzrə virusa yoluxanların ümumi sayı 201 min 762 nəfər təşkil edib.

Xatırladaq ki, bu ölkədə yoluxmaların sayı 100 mini oktyabrın sonlarında çatıb. Bu o deməkdir ki, Yaponiya üzrə koronavirusa yoluxanların sayı son iki aydan az müddətdə iki dəfədən çox artıb.

Bildirilir ki, Yaponiyada son vaxtlar koronavirusa yoluxanların sutkalıq göstəricisi ölkədə fövqəladə vəziyyət elan edildiyi dövrdəkini dəfələrlə üstələyib. Yoluxanların 25 faizdən çoxu paytaxt Tokioda qeydə alınıb. Dekabrın 21-də isə paytaxt administrasiyası 392 yeni yoluxma halının qeydə alındığını bildirib. Vurğulanıb ki, bu, tibb müəssisələrinin əsasən bağlı olduğu istirahət günlərindən sonra adətən aşağı olan əvvəlki göstəricilərin ən yuxarısıdır.

Hazırda təqribən 14 milyon sakinin yaşadığı Yaponiya paytaxtında koronavirusa yoluxanların ümumi sayı 52 minə çatıb.

Tokionun qubernatoru xanım Koike Yuriko dekabrın 21-də paytaxt sakinlərinə müraciət edərək onları bayram günləri ərəfəsində və bayram günlərində həyatlarına daha böyük həssaslıqla yanaşmağa çağırıb. Xanım qubernator tokioluları doğmalarının, onları əhatə edən şəxslərin və özlərinin həyatlarını qorumağa çağırıb.

Əlavə olaraq bildirilir ki, həmin gün Yaponiyada koronavirusdan 48 nəfər həyatını itirib. Beləliklə, ölkə üzrə pandemiyadan ölənlərin ümumi sayı 2978 nəfərə çatıb.


Etiketlər:  Yaponiyada COVID yoluxanların sayı ayda dəfədən çox artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ