Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirin töhmət verdiyi direktoru DİN də cəzalandırdı - VİDEO

Nazirin töhmət verdiyi direktoru DİN də cəzalandırdı - VİDEO

Tarix: 23 Dekabr 2020 10:20

Bakıda özünə ad günü keçirən qalmaqallı məktəb direktoru Nailə Məmmədova cərimələnib.

DİN mətbuat xidmətindən Sonxeber.net-a bildirilib ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı videomateriallar yayılandan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal araşdırmalara başlayıb və fakt təsdiqini tapıb.

Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib. Məclisin digər iştirakçılarının da müəyyən edilməsi üçün tədbirlər davam etdirilir.
 
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev məktəb direktoruna şiddətli töhmət verib.


Etiketlər:  Nazirin töhmət verdiyi direktoru DİN cəzalandırdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ