Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qalmaqallı ad günündə Mətanət İsgəndərli də olub - VİDEO

Qalmaqallı ad günündə Mətanət İsgəndərli də olub - VİDEO

Tarix: 23 Dekabr 2020 12:00

Xəbər verdiyimiz kimi, Bakıda özünə ad günü keçirən qalmaqallı məktəb direktoru Nailə Məmmədova cərimələnib.

DİN mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı videomateriallar yayılandan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal araşdırmalara başlayıb və fakt təsdiqini tapıb.

Xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq özünə ad günün keçirən məktəb direktorunun şad günündə Əməkdar artist Mətanət İsgəndərli də iştirak edib.

Müğənni sözügedən tədbirdə qonaqlar üçün mahnılarını səsləndirib.

Həmin anın videosunu təqdim edirik.

Milli.Az


Etiketlər:  Qalmaqallı günündə Mətanət İsgəndərli olub VİDEO


RƏYLƏR