Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 19:26
İngiltərə Futbol Assosiasiyası İngiltərə millisinin və "Atletiko"nun futbolçusu Kiran Trippyeri 10 həftəlik futboldan uzaqlaşdırıb.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, buna onun mərc oyunlarında iştirakı səbəb olub. 30 yaşlı müdafiəçi eyni zamanda 70 min funt sterlinq məbləğində cərimələnib. Cəza tətbiq edildikdən dərhal qüvvəyə minir. Beləliklə, 30 yaşlı oyunçu martın əvvəlində meydana qayıdacaq. Cəza bütün turnirlərdə keçərli olacaq. Beləliklə, Trippyer Çempionlar Liqasının 1/6 finalında "Çelsi" ilə görüşdə daxil olmaqla, "Atletiko"nun 12 matçını buraxacq.
Qeyd edək ki, İngiltərə millisinin üzvünün "Tottenhem"dən "Atletiko"ya keçdiyi 2019-cu ilin iyulunda qaydaları pozduğu bildirilir.