Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 23:54
"Vəziyyət belə davam etsə, Azərbaycan Mehriyə də nəzarəti ələ alacaq".
Sonxeber.net azsabah.com-a istinadən xəbər verir ki, bu barədə Mehrinin meri Mhitar Zaxaryan deyib.
Onun sözlərinə görə, noyabrın 10-dan sonra vəziyyət hər gün daha da pisləşir.
"Qafan və Gorusla bağlı problemlər Mehridən qaynaqlanan problemdir. Azərbaycanlılar sərhəddə oturublar və bütün ərazilərə nəzarət edirlər. Bu rəhbərliyin günahıdır. Xoşbəxtlikdən, Mehri demarkasiya planına daxil deyil, lakin hər şey belə davam edəcəksə, Mehri də əlimizdən çıxacaq", - Zaxaryan deyir.
Lakin anlamır ki, 10 noyabr anlaşması ilə Naxçıvandan çəkilən dəhliz Mehri üzərindən keçəcək və burada Rusiya qüvvələri təhlükəsizliyi qorusa da, Azərbaycan artıq tarixi torpaqlarına girişi təmin edib.