Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Aparılan iqtisadi islahatlar turzimin inkişafına töhfə idi"

Tarix: 24 Dekabr 2020 17:20

Ən son Prezident seçkilərində bir məsələni vurğulayırdıq ki, müasir Azərbaycan turizminin memarı məhz cənab Prezident, Ali Baş Komandan, Qarabağ fatehidir.

Bunu Milli.Az-a açıqlamasında turizm eksperti Ruslan Quliyev deyib.

Ekspert bildirib ki, istər Davos Forumunun, istər Dünya Bankının bütün hesabatlarında, alt indekslərində Azərbaycan bütün bu sahələr üzrə islahatçı ölkələr sırasında ön sırada yer tutdu:

"Bu gün başlanan bütün vektorlar üzrə həm sosial, həm iqtisadi blokda olan islahatlar, sahibkarlara göstərilən dəstək, qısa bir zaman kəsiyində çox böyük bir iqtisadi yüksəlişə səbəb oldu. Və son 2018, 2019 və 2020-ci ildə pandemiyaya qədər olan dövrdə də yeni iqtisadi konsepsiyanın hazırlanması, iqtisadiyyatın bir neçə dəfə böyüməsi hədəfinin alınması, belə deyək ki, minimum məqsədlər həyata keşirilmişdir, maksimum hədəflərə gedən yolda da çox böyük bir iqtisadi sıçrayışların şahidi oluruq. Öncə onu deyim ki, bu gün Azərbaycanda duyuq biznes indikatorları üzrə aparılan islahatlar qısa bir zaman kəsiyində öz nəticəsini verdi. İstər Davos Forumunun, istər Dünya Bankının bütün hesabatlarında, alt indekslərində Azərbaycan bütün bu sahələr üzrə islahatçı ölkələr sırasında ön sırada yer tutdu. Elə 2017-2018-ci ildə turizm idarəetmə sahəsində başlanan islahatlar və bundan öncə də Azərbaycanda baş verən I Turizm Forumu da ona sövq etdi ki, biz bu gün turizmin daha böyük gələcəyi haqqında danışaq.

Strateji yol xəritəsində də göstərilən bütün hədəflərdə də pandemiyanı nəzərə almasaq, 2025-ci ilə qədər dünyanın ən cazib turizm destinasiyası və ardınca da ilk iyirmiliyə daxil olmağa qərar vermişik. Cənab Prezidentin rəhbərliyi altında dövlətin apardığı iqtisadi islahatlar, eyni zamanda çox müvəffəqiyyətli infrastruktur layihələrinin həyata keçirilməsi elə turzimin inkişafına töhfə idi.

"Avroviziya", I Avropa Oyunları, Formula 1, İslam Oyunları kimi yarışların paytaxtımızda təşkili elə Azərbaycanı tanıtmaq istiqamətində çox böyük bir hadisələr idilər. Hələ mən Mədəniyyətlərarası Dialoq, digər forumların keçirilməsi də öz ölkələrində böyük nüfuza malik media maqnatlarının, siyasətçilərin öz sosial şəbəkələrində, media dərgilərində, iqtisadi hesabatlarında da həmin ölkələrin gündəmini dəyişə bilən və Azərbaycan haqqında müsbət rəy formalaşdıran hadisələrə gətirib çıxartdı.

Elə bu günlərdə müzəffər Azərbaycan ordusunun da dünya hərb tarixinə qızıl hərflərlə yazdığı bir hekayə ondan xəbər verir ki, bütün sahələr üzrə Azərbaycanın tərəqqisi üçün, demək olar ki, bütün Azərbaycan cəmiyyəti, bütün Azərbaycan xalqı səfərbər oldu. Prezidentimiz qeyd etdi ki, Qarabağ Azərbaycandır. Artıq bütün iş bizim üzərimizə düşür və biz məhz Qarabağın Azərbaycanın olmasını sistemli şəkildə davamlı təbliğ etmək üçün töhfəmizi öz sahəmizlə verməliyik.

Turizm sahəsində çox böyük bir imkanlar yaradılır. Təşviq sənədlərinin olması, dəstək paketlərinin çıxarılması, orta və kiçik sahibkarlığa olan dəstək, təbii ki, burada iş yerlərinin açılması, kadr islahatları məsələsi, beynəlxalq təşkilatlara, sistemlərə inteqrasiyalar qısa zamanda öz təsirini göstərək. Onu da qeyd edək ki, biz hələ 2018-2019-cu illərdə Ümumdünya Sağlamlıq Turizm Təşkilatına bir rotasiya üzrə rəhbərlik etdik və bu potensial bizdə çox böyükdür. Mən yenə də Qarabağ məsələsinə qayıtmaq istəyirəm, burada, demək olar ki, bütün turzim növlərini - sağlamlıq turizmini, ekoturizmi, festival turizmi, tədbirlər turizmini və s. Bu yaxınlarda da Azərbaycan Ümumdünya Ekoturizm Cəmiyyətinə də üzv seçilibdir və biz bu platformalarda da ölkəni tanıtmaq, Azərbaycan kəlməsini geniş arealda tanıtmaq, ölkəyə investisiya və turist cəlb olunması ilə bağlı bir sıra səmərəli işlərin həyata keçirilməsi nəzərdə tutulur. Bundan sonraki etapda düşünürəm ki, dediyim indikatorlar üzrə keçirilən islahatlardan sonra investisiya mühitinin də yumşaldılması qısa bir zaman kəsiyində Azərbaycana çox böyük bir dəyər qazandıracaq".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Aparılan iqtisadi islahatlar turzimin inkişafına töhfə idi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ