Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna millisinin üzvü “Atalanta” ilə anlaşdı

Ukrayna millisinin üzvü “Atalanta” ilə anlaşdı

Tarix: 25 Dekabr 2020 10:10

Donetsk "Şaxtyor"unun futbolçusu Viktor Kovalenko karyerasını İtaliyada davam etdirəcək.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 24 yaşlı yarımmüdafiəçi "Atalanta" ilə anlaşıb.

Ukrayna millisinin üzvü A seriyası təmsilçisi ilə ilkin müqavilə imzalayıb. Kovalenkonun "Şaxtyor"la müqavilə müddəti gələn ilin yayına qədərdir. Anlaşmaya əsasən, futbolçu məhz həmin vaxt azad agent kimi "Atalanta"ya qoşulacaq.

Qeyd edək ki, Viktor Kovalenko bu mövsüm Ukrayna Premyer Liqasında keçirdiyi 8 oyunda 4 qol vurub.

Milli.Az


Etiketlər:  Ukrayna millisinin üzvü Atalanta ilə anlaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ