Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 19:10
Cənubi Koreyada COVID-19 pandemiyası səbəbindən tətbiq olunan sərt karantin rejiminə baxmayaraq, gündəlik yoluxma sayındakı artım dinamikası davam edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ötən sutka ölkədə gündəlik yoluxmada yeni antirekord qeydə alınıb. Belə ki, ötən gün 1241 nəfərin yeni növ koronavirusa yoluxduğu təsdiqlənib.
Bir neçə gündür ki, Cənubi Koreyada sərt karantin rejimi tətbiq olunur. Qaydalara əsasən, 5 nəfərdən çox adamın bir yerə toplaşması qadağandır. Hökumət əhalini sosial məsafə qaydalarına əməl etməyə, ciddi səbəb olmadığı təqdirdə evdən çıxmamağa çağırıb. Qaydaları pozanlar 3 milyon Koreya vonu (2700 ABŞ dolları) məbləğində cərimələnəcək.
Hökumət virusun yayılmasını azaltmaq üçün bütün qış kurort mərkəzlərinin, habelə yeni təqvim ilinin ilk günü günəşin doğmasını müşahidə məkanlarının fəaliyyətini dayandırıb.