Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qalatasaray”ın istədiyi danimarkalı hücumçu

“Qalatasaray”ın istədiyi danimarkalı hücumçu

Tarix: 26 Dekabr 2020 13:36

Qış fasiləsində heyətində bəzi dəyişikliklər etməyi planlaşdıran Türkiyənin "Qalatasaray" klubu almaq istədiyi hücumçunu müəyyənləşdirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "cim-bom" Norveçin "Bodo-Qlimt" klubunda çıxış edən Kasper Yankerin transferində maraqlıdır.

Radamel Falkao və Mbaye Dianın satılmasına razılıq verən baş məşqçi Fatih Terim əvəzində yüksək maaş tələb etməyən forvard axtarışında idi. Onun köməkçiləri Necati Atəş və Ümit Davalanın bir müddətdir izlədiyi Yanker bu baxımdan uyğun gəlir. Bu ilin əvvəlində ölkəsi Danimarkanın "Horsens" klubundan 600 min avro qarşılığında "Bodo-Qlimt"ə keçən 26 yaşlı oyunçu üçün danışıqlara start verilib.

Qeyd edək ki, Danimarkanın gənclər millisinin sabiq futbolçusu bu mövsüm 26 oyunda 28 qol vurub, 11 məhsuldar ötürmə verib.

Milli.Az


Etiketlər:  Qalatasarayın istədiyi danimarkalı hücumçu


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR