Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bu, ədalətsizdir” - Lempard şikayətləndi

“Bu, ədalətsizdir” - Lempard şikayətləndi

Tarix: 26 Dekabr 2020 15:24

"Çelsi"nin baş məşqçisi Frenk Lempard oyun qrafkinin sıxlığından şikayətlənib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis bu cədvəlin ədalətsiz olduğunu hesab edir:

"İki gündə iki oyun, 48 saat vaxt... Ağıllı olmağa çalışmıram. Amma bu, bizim üçün vacib bir məqamdır. Çünki çempionatda yüksək yerlər uğrunda mübarizə aparan digər komandalar 3-4 gündə 2 matç keçirirlər.

"Mançester Yunayted", "Tottenhem", "Liverpul" 3-4 gündə 2 oyuna çıxacaq. Bu, Premyer Liqanın keyfiyyətinə əks-təsir göstərir. Belə vəziyyət hər iki matçda çıxış etməli olan futbolçular üçün riskdir. Bunu hamı bilir. Digər komandalarla bərabər istirahət vaxtı almırıq. Bu cür 90 dəqiqə yüksək səviyyədə oynamaq bir yana, futbolçuların məşq etməsi belə pisdir".

Qeyd edək ki, "Çelsi" bu gün Bak vaxtı ilə 21:30-da "Arsenal"la qarşılaşacaq. Komanda dekabrın 28-də "Aston Villa" ilə üz-üzə gələcək.

Milli.Az


Etiketlər:  Bu ədalətsizdir Lempard şikayətləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ