Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' konqolu hücumçusu ilə vidalaşdı

''Neftçi'' konqolu hücumçusu ilə vidalaşdı

Tarix: 26 Dekabr 2020 18:06

"Neftçi" klubu qış fasiləsində ilk ayrılığı açıqlayıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, hücumçu Prins İbara yola salınıb.

Konqo millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. "Ağ-qaralar" onu mövsümün əvvəlində Belçikanın "Beerşot" klubundan birillik icarəyə götürmüşdü. Lakin rəhbərlik sözləşmə müddətinin bitməsini gözləməyib.

Qeyd edək ki, Prins İbara "Neftçi"nin heyətində 8 oyunda meydana çıxıb, 1 qol vurub.


Etiketlər:  Neftçi konqolu hücumçusu ilə vidalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ