Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2020 14:18
Türkiyədə Hacettepe Universiteti Tibb Fakültəsi professoru Kara Ateş bildirib ki, koronavirus istidən və günəş işığından təsirlənir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Əvvəllər virusun günəş işığı düşən səthdə 30 saniyə, bəzi hallarda 1-2 dəqiqə ərzində təsirini itirdiyi məlum idi. İndi qış mövsümü gəlir, soyuq hava virusun məhv olmasına təsir edir. Ona görə də, əvvəl 1 dəqiqə belə yaşaya bilməyən virus indi 10 dəqiqə yaşaya bilər. Buna görə, bu müddətdə bizə aid olmayan mühitlərdə əl gigiyenasına daha çox diqqət yetirməliyik. Və ya antiseptik vasitələrin istifadəsini bir az daha artırmalıyıq", - deyə professor bildirib.