Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-un müalicəsində bir ilk - Dəvədən alınan antikorlar...

COVID-19-un müalicəsində bir ilk - Dəvədən alınan antikorlar...

Tarix: 27 Dekabr 2020 15:12

ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçıları COVID-19 virusunun müalicəsində yeni bir ilkə imza atıblar.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, tədqiqatçılar koronanın müalicəsi üçün lamadan aldıqları "Cormac" adlı nano antikorlarını sınaqdan keçiriblər.

Aparılan tədqiqat lamadakı nano antikorların COVID-19-a qarşı təsirli olduğunu aşkarlayıb. Həmin antikorlardan insanlar üçün burun və ya astma spreyi kimi istifadə etmək olar.

Tədqiqatı aparan elm adamları bildiriblər ki, lama, alpaka və dəvə kimi heyvanlarda tapılan "NIH-CoVnb-112" antikorları insan antikorlarına nisbətən kiçik, həm də 10 qat güclüdür.

Laboratoriya təcrübələri göstərir ki, "Cormac" adlı lamadan alınan nano antikor COVID-19-a səbəb olan SARS-CoV-2 zülalına yapışaraq onu təsirsiz hala gətirir.

Milli.Az


Etiketlər:  COVID müalicəsində Dəvədən alınan antikorlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ