Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağ müharibəsi əlillərinə verilən təqaüd və müavinətlər artırılacaq - VİDEO

Qarabağ müharibəsi əlillərinə verilən təqaüd və müavinətlər artırılacaq - VİDEO

Tarix: 28 Dekabr 2020 14:14

Şəhid ailələri üzvlərindən artıq 1700-dək şəxsə təqaüd, pensiya və müavinət təyinatı aparılıb. Dövlət Sosial Müdafiə Fondu (DSMF) Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyinatı prosesini davam etdirir.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, DSMF-nin idarə heyətinin sədri Himalay Məmişov deyib ki, bu ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsi üzvlərinə təqaüd və müavinətlərin, ailə başçısını itirməyə görə pensiya və müavinətin e-təyinat sistemləri işə salınıb. Bu innovativ yeniliklər şəhid ailəsi üzvlərinə sosial ödənişlərin təyinatının da müraciət etmələrinə ehtiyac qalmadan, e-sistem üzərindən proaktiv qaydada, operativ şəkildə aparılmasına imkan verib.

Nazirlik tərəfindən xüsusi önəm verilən məsələlərdən biri də şəhid ailələri üzvlərinin məşğulluq məsələlərinin həll edilməsi və aktiv məşğulluq tədbirlərinə cəlb olunmasıdır.

Müharibə əlilləri üçün ayrılan müavinət və təqaüdün məbləğinin də artırılması ilə bağlı tədbirlər görülür. Artıq bununla bağlı təkliflər hazırlanıb və hökumətə təqdim edilib.


Etiketlər:  Qarabağ müharibəsi əlillərinə verilən təqaüd müavinətlər artırılacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ