Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Test vermək adı ilə qonşusunu xəstəxanaya çağırıb evini soydu

Test vermək adı ilə qonşusunu xəstəxanaya çağırıb evini soydu

Tarix: 28 Dekabr 2020 14:44

Türkiyənin Denizli şəhərində qonşusunun evində kassa olduğunu öyrənən 24 yaşlı Fateh T. ona qarşı fırıldaqçılıq edib.

Sonxeber.net "Haber Global"-a istinadən məlumat verir ki, həmin şəxs səhiyyə işçisi adı ilə qonşusu Mustafa N.-ə zəng edərək, onun və arvadının təcili koronavirus testindən keçmələri üçün xəstəxanaya gəlmələrini deyib.

Onlar xəstəxanaya getmək üçün evdən çıxında Fateh T. üç nəfərlə əlbir olaraq onun evinə girib və içində 150 min lirə (33 330 AZN) olan kassanı aparıblar.

Koronavirus testi neqativ çıxdıqdan sonra evinə qayıdan Mustafa N. kassanın aparıldığını görəndə polisə xəbər verib.

Nəzarət kamelarına əsasən cinayəti törədənlər tapılaraq saxlanılıb.


Etiketlər:  Test vermək adı ilə qonşusunu xəstəxanaya çağırıb evini soydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ