Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 03:28
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 75 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 75 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 11 064 nəfərə çatıb.