Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniyada pandemiya dövründə koronavirusdan 50 mindən artıq insan ölüb

İspaniyada pandemiya dövründə koronavirusdan 50 mindən artıq insan ölüb

Tarix: 29 Dekabr 2020 08:04

Bakı. Trend:

İspaniyada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 50 min nəfəri ötüb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, İspaniyada koronavirusdan 50 122 nəfər vəfat edib. Pandemiya dövründə ölkədə koronavirusa 1,8 milyondan artıq insan yoluxub.

Bildirilir ki, İspaniya koronavirusdan ölüm sayına görə Avropada dördüncü yerdə qərarlaşıb (İtaliyada koronavirusdan 72 min nəfər, Böyük Britaniyada 71 min nəfər, Fransada isə 63 min nəfər ölüb).

Digər Avropa ölkələrində olduğu kimi İspaniyada da dekabrın 27-si koronavirusa qarşı vaksinasiya başlayıb. Növbəti ilin iyun ayına qədər 47 milyon vətəndaşdan 15-20 milyonunun vaksinasiya olunacağı proqnozlaşdırılır.


Etiketlər:  İspaniyada pandemiya dövründə koronavirusdan mindən artıq insan ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ