Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 09:00
İran hökumət qurumları İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsində iştirak edən 48 nəfərin siyahısını hazırlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Q.Süleymaninin öldürülməsində əli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün rəsmi Tehran digər ölkələrin rəsmi qurumlarına da müraciət ünvanlayıb.
Xatırladaq ki, 2020-ci ilin yanvarın üçündə İran generalı Qasım Süleymani İraqda ABŞ ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb.