Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 11:20
2021-ci ildә pul siyasәtinin son hәdәfi inflyasiyanın 4±2% dәhlizindә idarә olunması tәşkil edәcәk.
Mərkəzi Bankdan Sonxeber.net-a verilən məlumata görə, 2021-ci ildә dә pul siyasәtinin prioritet mәqsәdini milli valyutaya inamın başlıca zәmanәtçisi olan qiymәt sabitliyi tәşkil edәcәkdir. İnflyasiyaya tәsir imkanlarını güclәndirmәk istiqamәtindә islahatlar davam etdirilәcәk.
Әvvәlki illәrdә olduğu kimi növbәti ilә dә hәdәf istehlak qiymәtlәri indeksinin son 12 ayda dәyişimi olacaqdır. İnflyasiya hәdәfinә nail olmaq üçün pul siyasәtinin aralıq hәdәflәri olaraq mәzәnnә, pul tәklifi vә faiz dәrәcәlәrindәn qәrarların transmissiya xüsusiyyәtlәri nәzәrә alınmaqla istifadә edilәcәkdir. Pul siyasәti yürüdülәrkәn manatın mәzәnnәsinin inflyasiyaya qısa vә orta müddәtli ötürücülüyü diqqәtdә saxlanılacaqdır. İstehlakda idxal mallarının әhәmiyyәtli paya malik olması mәzәnnәnin başlıca inflyasiya amili olmasını şәrtlәndirir. Növbәti ildә dә valyuta bazarında tarazlıq tәdiyә balansının vәziyyәtindәn, dövlәtin valyuta tәlәbi vә tәklifindәn, habelә iqtisadi subyektlәrin mәzәnnә gözlәntilәrindәn asılı olacaqdır. Zәruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı tәmin etmәk üçün hökumәtlә birlikdә qabaqlayıcı tәdbirlәr görülәcәkdir. Valyuta tәnzimlәnmәsinin optimallaşdırılması işlәri 2021-ci ildә dә diqqәtdә saxlanılacaqdır. Digәr lövbәr olan pul tәklifi iqtisadi artım vә inflyasiya proqnozları, habelә maliyyә bazarlarında proseslәr nәzәrә alınmaqla tәnzimlәnәcәkdir. Hәdәflәrә nail olmaq üçün perspektivdә dә Mәrkәzi Bank bütün alәt vә mexanizmlәrdәn adekvat istifadә edәcәk, verdiyi siyasәt qәrarlarının ardıcıllığı vә effektivliyini diqqәtdә saxlayacaqdır. Pul siyasәti alәtlәri üzrә kәmiyyәt parametrlәri növbәti ildә dә iqtisadiyyatın likvidlik ehtiyaclarından vә maliyyә bazarlarındakı vәziyyәtdәn asılı olaraq çevik tәnzimlәnәcәkdir. Pul siyasәtinin transmissiya effektini güclәndirmәk, habelә pul bazarının aktivlәşmәsini vә gәlirlik әyrisinin formalaşmasını dәstәklәmәk üçün әmәliyyat prosedurlarının tәkmillәşdirilmәsi davam etdirilәcәkdir. Faiz dәhlizinin parametrlәri haqda qәrarlar makroiqtisadi proqnozlar vә risk balansı nәzәrә alınmaqla qәbul edilәcәkdir. Pul siyasәtinin izafi yumşalmasının mümkün neqativ nәticәlәri nәzәrә alınmaqla risklәrin qiymәtlәndirilmәsi zamanı konservativ mövqe saxlanılacaqdır. 2021-ci ilin ilk rübündә inflyasiyaya azaldıcı tәsir göstәrәn amillәrin üstünlüyünü qoruyacağı gözlәnilir. Bu dövrdә dünya әrzaq qiymәtlәrindә bahalaşma vә epidemiya әleyhinә xәrclәrin artması mәcmu tәlәbin 12 azalması hesabına neytrallaşa bilәr. Ortamüddәtli dövr üzrә isә mәcmu tәlәbin vә belәliklә iqtisadi artımın bәrpası inflyasiya proseslәrinә tәsir edәn başlıca amillәrdәn biri olacaqdır. Manatın mәzәnnәsinin sabitliyinin qorunması hәm qısa, hәm dә orta müddәtli dövrdә makroiqtisadi sabitliyin әsas lövbәri rolunda çıxış edәcәkdir