Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspaniyada peyvənd vurdurmayanlarla bağlı qərar

İspaniyada peyvənd vurdurmayanlarla bağlı qərar

Tarix: 29 Dekabr 2020 15:00

İspaniyada koronavirus peyvəndi olmaqdan imtina edən vətəndaşlar qeydiyyata alınacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Salvador Illa məlumat verib.

Qeydiyyat nəticələrinin xalqa açıq olmayacağını, Avropa İttifaqı üzvü ölkələrlə paylaşılacağını ifadə edən İlla məlumatların qorunmasına həssas yanaşacaqlarını vurğulayıb. Bundan əlavə, o, peyvənd prosesinin dekabrın 27-də başladığını, fevral ayının sonuna qədər 2 milyon yarım insanın peyvənləmədə iştirak edəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, İspaniya koronavirusdan ölüm sayına görə Avropada 5-ci yerdədir.

Milli.Az


Etiketlər:  İspaniyada peyvənd vurdurmayanlarla bağlı qərar


RƏYLƏR