Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 23:34
Ermənistan hərbi birləşmələrinin əsirliyində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Yəhya Abdinov qısa müddətli reabilitasiyadan sonra ailəsinə qovuşub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Vətən Müharibəsində yaralanaraq ermənilər tərəfindən əsir götürülən Hacıqabul rayonunun Ağacanlı kənd sakini, hərbi qulluqçu Abdinov Yəhya Vüqar oğlu erməni əsirliyindən sonra Bakıda reabilitasiya olunaraq evinə dönüb. Bu gün günorta saatlarında Yəhya Abdinovu yaşadığı kənddə yaxınları və kənd sakinləri qarşılayıb. O, səhhətinin normal olunduğunu bildirib.