Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hulusi Akar Bakıdadır - FOTO

Hulusi Akar Bakıdadır - FOTO

Tarix: 31 Dekabr 2020 10:48

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Bakıdadır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Akarı Heydər Əliyev adına hava limanında Azərbaycanın müdafiə naziri Zakir Həsənov qarşılayıb. 

H.Akar Rusiya ilə birgə qurulan Ortaq Mərkəzdə xidmət edəcək türkiyəli hərbçilərlə Bakıda görüşüb.

O bildirib ki, Ortaq Mərkəzdə atəşkəsə nəzarət edilməsi əsas məsələdir: "Vəzifəmizi yerinə yetirmək üçün hazırıq. Ortaq Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz artacaq. Azərbaycanlı qardaşlarımızın haqqını müdafiə edərək vəzifəmizi yerinə yetirəcəyik".

Daha sonra Hulusi Akar Türkiyə-Azərbaycan qardaşlığını ifadə edən sərgi ilə tanış olub. 

Milli.Az


Etiketlər:  Hulusi Akar Bakıdadır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ