Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 20:00
ABŞ Senatın əksəriyyət lideri Mitç Makkonell həmkarlarını Prezident Donald Trampın 740 milyard dollarlıq müdafiə xərcləri paketinə qoyduğu vetonun aradan qaldırılmasına çağırıb.
"Prezident Tramp builki müdafiə qanununda biz Respublikaçıların istədiyi hər bir müddəanı ehtiva etmədiyini qeyd edib. Əminəm ki, Demokrat həmkarlarımda eyni fikirdədir" , Makkonnel deyib.
Makkonnel Senatda vetonun ləğvinə dair səsvermənin dekabrın 30-da keçiriləcəyinə ümid edirdi. Lakin Barni Sandersin rəhbərliyi ilə liberal senatorlar amerikalılara koronavirusla yardımlarla bağlı səsvermədən sonra bunun ediəl biləcəyini deyib.
Senat vetonu ləğv etsə, bu, Trampın dördillik hakimiyyəti dövründə ilk belə bir hadisə olacaq.
ABŞ prezidenti Donald Tramp Konqresdə hər iki partiyanın dəstəklədiyi paketə etiraz edərək, illik müdafiə siyasəti qanun layihəsinə veto qoyub.
O, bunu Çin və Rusiyaya "hədiyyə" adlandırıb. Milli Müdafiə Səlahiyyəti Aktı (NDAA) 740 milyard dollarlıq hərbi proqramlara icazə və ordu üzvlərinə 3% maaş artımını nəzərdə tuturdu.
NDAA qoşun səviyyələri, silah sistemləri və personal kimi məsələlərdə Pentaqon siyasətini rəhbər tutur.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Trampın vetosunu "qüvvələrimizə zərər verən təəccüblü bir ehtiyatsızlıq hərəkəti" adlandırıb.
Tramp hələ çoxdan qanun layihəsinə sosial media şirkətlərinin məsuliyyətinin qorunmasını təmin edən 1996-cı il Rabitə İncəliyi Qanununun 230-cu maddəsinin ləğvini daxil etmədiyi təqdirdə ona veto qoyacağı ilə hədələyirdi.
Trampın layihə ilə bağlı şikayətləri arasında Amerika qoşunlarını vətənə qaytarmaq üçün baş komandan kimi nüfuzuna xələl gətirəcəyi də yer alır.
Həm Nümayəndələr Palatası, həm də Senat qanun layihəsini veto tətbiqi olmadan səs çoxluğu ilə qəbul edib.
Konqresin vetonun ləğvi üçün yeni Konqresin and içəcəyi 3 yanvar tarixinə qədər vaxtı var.