Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 16:50
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanın ciddi üstünlüyü qeydə alındı.
Sonxeber.net xəbər verir ki, bunu IMEMO RAN-ın Qafqaz sektorunun aparıcı elmi əməkdaşı Vadim Muxanov Gazeta.ru-ya verdiyi müsahibəsində deyib.
"Ermənistana və Azərbaycana gəlincə, Azərbaycan lideri İlham Əliyev 2020-ci ili aktivinə yaza bilər. Əslində o prezidentliyi dövründə ən böyük müvəffəqiyyəti qazandı. Müharibə ona daxili və xarici siyasi qələbə qazandırdı, Bakının güclənməsini və regional hegemonluq iddialarını nümayiş etdirdi" , - mütəxəssis əmindir.
Ermənistandakı vəziyyətə gəlincə, orada Muxanovun fikrincə, vəziyyət tam əksidir:
"Müharibə İrəvana çöküş və milli fəlakət gətirdi. Atəşkəs razılaşmasının şərtləri, Ermənistan tərəfi üçün, o cümlədən respublika əhalisi arasında qəbul edilməsi üçün son dərəcə çətindir", - deyə politoloq davam edir.
Paşinyan son iki ildə ölkədə bir nömrəli siyasətçi olmasına baxmayaraq, nəticədə sərt anti-reytinqlərlə üzləşdi.
"Azərbaycan 2021-ə qalib, Ermənistan uduzan kimi daxil oldu. Sonuncusu üçün gələn il mənfi vəziyyətin davamı olacaq və buna siyasi böhran əlavə ediləcək, bu, vəziyyəti daha da ağırlaşdıracaq", - Vadim Muxanov bildirib.
Aslan Məmmədov