Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 18:32
ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan iki üzvü bəyan edib ki, Palatada onların partiyasından olan azı 140 həmkarı yanvarın 6-da seçkiçilərin yekun səsverməni təsdiq etmələrinə qarşı səs verəcəklər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ABŞ Konqresi yeni seçilən Prezident Co Baydenin qələbəsini bu həftənin çərşənbə günü təsdiqləməlidir.
Prezident Donald Trampın müttəfiqlərinin praktik olaraq nəticəni dəyişmək şansları yoxdur, onlar Seçkiçilər Kollegiyasının Baydeni qalib qismində labüd təsdiqini yalnız bir neçə saat ləngidə bilərlər.
Seçkilərin gedişində seçkilərə təsir edə biləcək problemlər barədə iddialara əsas verən heç bir mötəbər səbəb olmayıb: bunu seçkilərə cavabdeh olan onlarca hakim, qubernator, vəzifəli şəxs, Seçkiçilər Kollegiyası, Ədliyyə Departamenti, Daxili Təhlükəsizlik Departamenti və ABŞ Ali Məhkəməsi təsdiqləyib. Tramp isə hələ də bəyan edir ki, o, seçkilərdə uduzmayıb və Respublikaçılar Partiyasından olan bir çox siyasətçilər ya onun kimi düşünür, ya da onun qəzəbinə tuş gəlməkdən ehtiyat edirlər. Tramp israrla bildirir ki, Konqres seçkilərin nəticələrini ləğv etməyə cəhd göstərməlidir, çünki seçkilərin nəticələrini məhkəmə vasitəsilə ləğv etmək üçün onun qərargahının cəhdləri dəfələrlə rədd edilib.
Seçkiçilərin səsverməsinin nəticələrinin təsdiqlənməsinin əleyhinə səs verəcəkləri barədə artıq açıq şəkildə bəyan edən Respublikaçılar Partiyasının təmsilçiləri qrupuna Pensilvaniyadan olan 8 deputat daxildir. Onlar bu niyyətlərini dekabrın 31-də birgə bəyanatlarında elan ediblər. Respublikaçılar Partiyasından olan bir neçə yeni üzv də sertifikatlaşdırma prosesinə qarşı çıxış edəcəklərini bildiriblər.